Ukraynanın Melitopol meri İvan Fedorov işğal altında olan Berdyanskda müəssisənin ərazisində güclü yanğın baş verdiyini bildirib. Bir gün əvvəl, Fedorovun sözlərinə görə, ora hərbi texnika gətirilib. O, yanğının mümkün səbəbləri barədə açıqlama verməyib, bunun təsadüfi olmadığına eyham vurub.
Ukrayna teleqram kanallarında şəhərin üzərində qara tüstülənən video yayımlanıb. Onlar qeyd edirlər ki, yanğın, görünür, “Dormaş” zavodunun ərazisində baş verib. Şəhərin atəşə tutulması, eləcə də partlayış səsləri barədə məlumat verilmir.
Zaporojye vilayətinin Rusiya tərəfindən təyin olunmuş administrasiyasının rəsmisi Vladimir Roqov yazıb ki, Berdyanskda açıq ərazidə sənaye tullantıları yanıb. Yanğın söndürülüb. Roqovun sözlərinə görə, yanğın sahəsi 150 kvadratmetr təşkil edib.
SİA-nın əldə etdiyi məlumata görə, Berdyansk Azov dənizinin sahilində, Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş ərazisində yerləşir. Ukrayna hərbçiləri daha əvvəl cəbhə xəttindən uzaqda yerləşən şəhərdəki hərbi hədəflərə bir neçə raket zərbəsi endirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB