Bu barədə Avstraliyanın “Sky News” telekanalı məlumat yayıb
Avstraliyanın şimalında Darvin sahillərində iyirmiyə yaxın ABŞ dəniz piyadasını aparan “V-22 Osprey” hərbi helikopteri qəzaya uğrayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Avstraliyanın “Sky News” telekanalı yayıb.
Məlumata görə, hadisə Melvil adasının yaxınlığında ABŞ, Avstraliya, İndoneziya, Filippin və Şərqi Timordan olan hərbi qulluqçuların iştirak etdiyi təlimlər zamanı baş verib. Ekipaj üzvlərinin itkin düşdüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB