Ukrayna və ABŞ Kupyanskın müdafiəsi ilə bağlı fikir ayrılığına gəliblər?

Ukrayna və ABŞ Kupyanskın müdafiəsi ilə bağlı fikir ayrılığına gəliblər?

Ukrayna komandanlığının Xarkov vilayətində Kupyansk istiqamətində müdafiəni gücləndirmək qərarı ABŞ hərbçilərinin tövsiyələrinə ziddir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.

Rusiya ordusunun hücumları səbəbindən Kupyanskın müdafiəsini gücləndirmək zərurətini ötən cümə günü Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski bəyan edib.

...ABŞ Müdafiə Nazirliyi hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığının düşmənin müdafiəsini yarmaq üçün qoşunları yönləndirməyə və onları cəbhənin bir sektorunda cəmləşdirməyə ehtiyac yoxdur.

Bunu “The New York Times” yazır.

Qeyd edək ki, Kupyansk müharibənin ilk aylarından rus qoşunları tərəfindən işğal edilmişdi. Ukrayna ötən ilin sentyabrında ona nəzarəti bərpa edib. Qəzet qeyd edir ki, onun itkisi yenidən Kiyev üçün ciddi zərbə olacaq.

Eyni zamanda, amerikalı hərbi analitiklər rus qoşunlarının Kupyanski tutmayacağına inanırlar. Bu halda onlar məhdud təchizat marşrutları fonunda çayla bölünmüş şəhəri saxlamalı olacaqlar. Bənzər bir vəziyyətdə ruslar Xersonu tərk etməli oldular.

Bunu da “The New York Times” xatırladır.

Yeri gəlmişkən, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərin Ukraynanın hücumunu tənqid etməsinə cavab olaraq qeyd edib ki, Moskva sadəcə olaraq Ukrayna ordusunun cəbhənin bəzi bölmələrindən, o cümlədən Kupyanskdan çıxarılmasına çalışır.

“Biz Xarkovdan, Donbasdan, Pavloqraddan və ya Dneprdən imtina etməyəcəyik. Vəssalam”.

Zelenskinin sözləridir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə