Türkiyənin ticarət naziri Ömər Bolat Hindistanda təşkil edilən G20 Ticarət və İnvestisiya Nazirləri Sammitində müxtəlif ölkələrin nümayəndələri ilə əməkdaşlığa zəmin yaradacaq ikitərəfli görüşlər keçirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Nazirlikdən verilən məlumata görə, Hindistanın dövri sədrliyi dövründə “Bir dünya, bir ailə, bir gələcək” başlığı altında olan G20 Sammitinin Ticarət və İnvestisiya Nazirləri Toplantısı üçün Caypura gedən Ö.Bolat bir sıra iclasda iştirak edib. Nazir bu çərçivədə digər üzv ölkələrin ticarət nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Proqramın açılış sessiyasında çıxış edən Ömər Bolat Türkiyə adından mövcud qlobal problemlərin həllində inklüziv böyümə və humanitar inkişafının vacibliyi vurğulanıb.
Sammitdə “Ticarət, iqtisadi artım və rifah”, “Qlobal dəyər zəncirlərinin böhranlara davamlılığının gücləndirilməsi” və “Ümumdünya Ticarət Təşkilatının islahatları” mövzuları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB