İstintaq Komitəsi Yevgeni Priqojinin ölümünü təsdiqləyib

İstintaq Komitəsi Yevgeni Priqojinin ölümünü təsdiqləyib

Rusiya İstintaq Komitəsi "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojinin ölümünü təsdiqləyib. Agentlik bildirib ki, Tver vilayətində baş verən təyyarə qəzasında üç ekipaj üzvü də daxil olmaqla, ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib. Onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur.

Avqustun 23-də qəzaya uğrayan şəxsi təyyarənin sərnişinləri siyahısında Priqojinin özü və “Vaqner” çağırış nişanlı PMC komandirlərindən biri Dmitri Utkinin olduğu bildirilirdi.

İstintaq qəzanın əsas versiyası barədə hələ məlumat verməyib. Teleqram kanallarında və mediada təyyarədə partlayışa və ya təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına qədər müxtəlif versiyalar ifadə edilir.

SİA-nın əldə etdiyi məlumata görə, Kreml Rusiya hakimiyyətinin təyyarə qəzasında iştirakını qəti şəkildə təkzib edib.

Yeri gəlmişkən, iki ay əvvəl Priqojin və muzdluları Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı silahlı üsyana cəhd etmişdilər. Belə ki, minlərlə silahlı vaqneritdən ibarət bir kolon Rostov-na-Dona daxil oldu, başqa bir kolon isə Moskvaya doğru irəliləyirdi.

Qeyd edək ki, gün ərzində Priqojin muzdluları 780 kilometr məsafə qət edə biliblər. Eyni zamanda, Priqojinin sözlərinə görə, onun muzdlularını bombalamağa çalışan Müdafiə Nazirliyinin bir neçə helikopteri və bir təyyarəsi vuruldu. Bir neçə təyyarənin ekipajı həlak olub. Rusiya prezidenti Vladimir Putin PMC-ni vətənə xəyanətdə ittiham edib və şirkət rəhbərinə qarşı silahlı üsyana görə cinayət işi başlandı.

Amma “sinəsini irəli verən” Aleksandr Lukaşenko danışıqlar vasitəçi ilə hər şeyi “yoluna qoydu”...?

Putində bunun müqabilində üsyançıları təqib etməyi dayandıracağına söz verib.

Və bu da axırı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə