Çində həddindən artıq yağışın səbəb ola biləcəyi daşqınlara görə 10 əyalətdə fövqəladə vəziyyət elan edilib.
Çin Daşqınlara Nəzarət və Quraqlığa Yardım Mərkəzi tərəfindən verilən açıqlamada ölkənin şimalı, mərkəzi və cənub-qərbindəki Şandunq, Şaansi, Şansi, Jiangsu, Anhui, Hinan, Hubey, Siçuan, Quicou və Çonqinq əyalətlərində 4-cü səviyyəli fövqəladə vəziyyət xəbərdarlığı edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu rayonlarda intensiv cəbhə yağışları müşahidə olunacaq, rayon ərazisindəki bir çox çaylar və onların qollarında daşqın, sel və sürüşmə riskləri var.
Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi müvafiq yerli rayonlara yağıntı vəziyyətini diqqətlə izləmək və risk altında olan ərazilərin müvafiq qaydada boşaldılması barədə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB