Şimali Koreya icazə verdi: xaricdəkilər qayıda bilər...

Şimali Koreya Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahının yaydığı bəyanatda deyilir ...
Şimali Koreya icazə verdi: xaricdəkilər qayıda bilər...

Şimali Koreya hakimiyyəti "Covid-19"la bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar xaricdə yaşayan vətəndaşlarının ölkəyə qayıtmasına qoyulan qadağanı ləğv edib. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Şimali Koreya Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahının yaydığı bəyanatda deyilir: “Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki ölkə vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qayıdanlar bir həftə tibbi müşahidə üçün təcrid olunacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkənin sərhədləri üç ildən çoxdur bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə