Artıq bütün muzdlu qruplar Rusiya bayrağı önündə beyət edəcək

Putinin imzasından sonra rəsmi Kremldən verilən və avqustun 25-də qüvvəyə minən fərmanda yazılır...
Artıq bütün muzdlu qruplar Rusiya bayrağı önündə beyət edəcək

Avqustun 23-də “Vaqner” Rusiya muzdluları hərbi qrupunun başçısı Yevgeni Priqojin təyyarə qəzasında həlak olduqdan sonra Rusiya prezidenti Vladimir Putin maraqlı addım atıb.

SİA-nın əldə etdiyi məlumata görə, Putin Rusiya ordusu adından fəaliyyət göstərən bütün muzdlu qrupların Rusiya bayrağı önündə beyət etmələrini tələb edən fərman imzalayıb.

Putinin imzasından sonra rəsmi Kremldən verilən və avqustun 25-də qüvvəyə minən fərmanda yazılır: “Bu, Rusiyanın müdafiəsinin mənəvi-əxlaqi əsaslarının yaradılmasına yönəlik bir qərardır. Bütün muzdlu qruplar Rusiya bayrağı önündə sədaqət andı içməlidir. And içənlər komandirlərin və yüksək rütbəli hərbçilərin əmrlərini dəqiqliklə yerinə yetirəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə