Sudanın paytaxtı Xartum şəhərində partlayış səbəbi ilə nəhəng yanğın baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xartumda, Silahlı Qüvvələrin baş komandanlığı və prezident sarayının ərazisində baş verib.
Yaxınlıqda sursat anbarının olduğu bildirilir.
Qeyd edək ki, 2023-cü il aprelin 15-dən Sudanda silahlı qarşıdurma gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB