Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.
SİA-nın əldə etdiyi məlumata görə, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.
"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır”, – deyə Tatar qeyd edib.
Xatırladaq ki, bu gün yunan Kiprində yerləşən məscidə molotov kokteyli ilə hücum edilib.
Polis hücumla bağlı araşdırma apardığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB