NATO hərbçiləri ilə görüşdən sonra Ukraynanın taktikası dəyişib

NATO hərbçiləri ilə görüşdən sonra Ukraynanın taktikası dəyişib

Avqustun ortalarında Polşa-Ukrayna sərhədində ABŞ və Böyük Britaniya hərbçiləri ilə görüşdən sonra Ukrayna silahlı qüvvələri Zaporojye vilayətində zərbələr endirməklə taktikanı dəyişib.

SİA xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetə görüşün nəticələrini şərh edən mənbə deyib: “Düşünürəm ki, siz onların Zaporojye cəbhəsinə necə cəmləşdiyini görə bilərsiniz.

Qeyd edək ki, iclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı, NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli və Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Entoni Radakin iştirak ediblər.

Görüş Polşa-Ukrayna sərhədindəki gizli yerdə baş tutub və beş saat davam edib. Hərbçilər Ukraynanın əks-hücumunu, qarşıdan gələn qış üçün döyüş planlarını və 2024-cü il üçün planları müzakirə ediblər.

Qəzetin yazdığına görə, Radakin əvvəllər Kiyevə səfər edib və orada Ukraynanın strategiyasını və Qərbin necə kömək edə biləcəyini daha yaxşı başa düşmək üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə