Putin Kadırovun kürəkəninə “Vətənə xidmətə görə” ordeni verib

Putin Kadırovun kürəkəninə “Vətənə xidmətə görə” ordeni verib

Baş nazirin müavini və Çeçenistan rəhbəri Ramzan Kadırovun kürəkəni İsa Tumxadjiyev IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ramzan Kadırovun teleqramında yazdığına görə, sərəncamı Rusiya prezidenti Vladimir Putin şəxsən özü imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ramzanın kürəkəninə mükafatın hansı xidmətlərinə görə verildiyi barədə bir kəlmə də olsun deyilmir.

Çeçenistan rəhbəri yalnız “mühüm dövlət problemlərinin həllində böyük töhfəsinə və uzun illər vicdanlı əməyinə görə” təltif olunanların çoxuna xas olan ifadəni göstərib.

Kadırov qeyd edib ki, Tumxadjiev “istedadlı menecerdir”.

O, "praktiki olaraq uşaqlıqdan", "beynəlxalq terrorçulara qarşı mübarizə günlərindən" ətrafında olub. O, atası Abubakar Tumxadjiev kimi “icraçı və iradəli” bir insan nümunəsidir.

Ramzan deyib bunları.

Xatırladaq ki, avqustun əvvəlində Vladimir Putin şəxsən Kadırovun anası Aymanini “Şərəf” ordeni ilə təltif edib. İyulda Kadırovun 26 yaşlı qardaşı oğlu Xəmzət “Vətənə xidmətə görə” ordeni, mayda isə siyasətçinin həyat yoldaşı Medni “Qəhrəman Ana” mükafatını alıb.

Kadırova Kremlin təşəkkür məktubunu təqdim etmək üçün prezidentin Şimali Qafqaz üzrə nümayəndəsi Yuri Çayka avqustun əvvəlində Çeçenistana gəlmişdi.

Bu arada politoloqlar hesab edirlər ki, Putinin son vaxtlar Kadırova vurğunluğu Moskvanın tabeçiliyində olanların qeyd-şərtsiz dəstəyinə xüsusi ehtiyacından xəbər verir. Eyni zamanda, Çeçenistan rəhbəri üçün belə “əməkdaşlıq” ölüm-dirim məsələsi kimi görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə