ABŞ tarixində təsadüf edilməyən edam üsulu...

ABŞ-da ölkə tarixində ilk dəfə olaraq məhbus təmiz azotla edam olunmaq istəyir.
ABŞ tarixində təsadüf edilməyən edam üsulu...

ABŞ-ın Alabama ştatında ABŞ tarixində ilk dəfə olaraq məhbus təmiz azotla edam edilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Associated Press-ə istinadən xəbər verir.

Verilən məlumata görə, Alabama prokurorluğu 58 yaşlı məhbusun edam tarixinin təyin edilməsi üçün yerli məhkəməyə vəsatət qaldırıb. Məhbusun yalnız azotla nəfəs almağa məcbur edilərək edam edilməsinin planlaşdırıldığı dəqiqləşdirilir. Beləliklə, adamın ölümü hipoksiya nəticəsində baş verəcək.

Qeyd edək ki, ABŞ-ın üç ştatında qanuni olmasına baxmayaraq, məhbusların bu cür edam üsulu əvvəllər heç vaxt istifadə olunmayıb.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəsmi həbsi və onun 20 dəqiqə həbsdə qalması barədə məlumat yayılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə