Rusiya neftinin tədarükü rekord həddə düşüb

Bloomberg: Rusiyadan neft məhsullarının ixracı demək olar ki, son 15 ayın ən aşağı səviyyəsinə düşüb
Rusiya neftinin tədarükü rekord həddə düşüb

Rusiya Federasiyasından neft məhsullarının ixracı G7 ölkələrinin müəyyən etdiyi yanacağa tələbatın və xammalın qiymətlərinin artması səbəbindən əhəmiyyətli dərəcədə azalacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru Bloomberg-ə istinadən xəbər verir.

Vortexa mütəxəssislərinin apardığı təhlillər neft məhsullarının xaricə satışının aşağı düşdüyü qənaətinə gəlməyə imkan verir. (...qeyd edək ki, Vortexa İngiltərədə, Londonda yerləşən proqram təminatı inkişaf etdirmə şirkətidir-A.B.)

Qeyd edək ki, avqustun ilk iyirmi günündə Rusiya gündəlik 2,24 milyon barel neft tədarük edib. Bu göstərici iyul ayı ilə müqayisədə 14 faiz, bir il əvvəlkindən isə 5 faiz azdır.

Bu arada energetika naziri Nikolay Şulqinov avqustun 25-də bildirib ki, Rusiya hakimiyyəti neftin daxili bazarda alındıqdan sonra xaricə ixrac edildiyi zaman boz ixracı ilə mübarizə imkanlarını nəzərdən keçirir. Birinci variant ixracatçıların siyahısının tərtib edilməsi, ikincisi ixracın lisenziyalaşdırılmasının tətbiqidir. “İnterfaks”ın daha əvvəl yazdığı kimi, bu məsələ iyun ayında Novakla görüşdə müzakirə edilib və o, hökumətə bu cür ixracla mübarizə tədbirləri müəyyən etməyi tapşırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə