1993-1996-cı illərdə Rusiya prezidenti Boris Yeltsinin keçmiş aparat rəhbəri Sergey Filatov 87 yaşında vəfat edib.
SİA-nın əldə etdiyi məlumata görə, Filatov 1936-cı il iyulun 10-da Moskvada anadan olub. 1964-cü ildə Moskva Energetika İnstitutunu bitirib. Moskvada “Çəkic və Oraq” ("Серп и молот") zavodunda, Kubada Xose Marti adına metallurgiya zavodunda işləyib. 1986-cı ildə Aleksandr Tselikov adına Metallurgiya Mühəndisliyi Layihə İnstitutunda idarəetmə sistemləri şöbəsinə rəhbərlik etmişdir.
1990-cı ildə Filatov RSFSR xalq deputatı seçildi. 1991-ci ilin noyabrından RSFSR Ali Soveti sədrinin birinci müavini, 1992-ci ilin aprelindən ölkə Təhlükəsizlik Şurasının daimi üzvü olub.
Dövlət qulluğundan getdikdən sonra Filatov 1996-cı il seçkilərində Yeltsini dəstəkləyən ictimai hərəkata rəhbərlik edib. Bir il sonra o, Sosial-İqtisadi və İntellektual Proqramlar Fondunun rəhbəri olub.
O, Rusiya Jurnalistlər Birliyinin üzvü, Moskva Yazıçılar Birliyinin sədri, Mərkəzi Seçki Komissiyası yanında ictimai elmi məsləhət şurasının həmsədri olub.
Xatırladaq ki, 2014-cü ilin martında o, Rusiya hakimiyyətinin Krımdakı siyasətinə qarşı müraciət imzalamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB