Norveç maralları rus otunu yedikləri üçün təzminat ödənilməlidir.!?

Norveç maralları rus otunu yedikləri üçün təzminat ödənilməlidir.!?

Bu arada rusların iddiasına görə, Norveç bir müddət bundan əvvəl otlamaq üçün Rusiyaya keçib yenidən geri dönən 40 maralı öldürüb.

SİA Norveç hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, 2023-cü ildə Murmansk vilayətindəki Pasvik qoruğunda 42 maral sərhədi keçərək Rusiya ərazisində otlayıb.

Və Rusiya indi bunun üçün Norveçdən təzminat tələb edir. Belə ki, sərhədi keçən hər maral üçün 4700 dollar və qoruqda otladıqları bütün günlər üçün 4,4 milyon dollar birdəfəlik ödəniş.

Norveç Kənd Təsərrüfatı Agentliyi bildirib ki, 40 maral artıq Rusiya ərazisində geri-Norveçə, evlərinə qayıdıb. Qalan ikisinin tezliklə geri qaytarılması gözlənilir.

Deyilənlərə görə, maralların Rusiyaya keçməsinin qarşısını almaq üçün Norveç sərhəddə 1954-cü ildə çəkilmiş hasarı bərpa edir.

Qeyd edək ki, yeddi kilometr uzunluğunda və 348 min dollar dəyərində olan hasarın tikintisi oktyabr ayına qədər tamamlanmayacağı ehtimal olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə