Rusiya və Ukrayna arasında münaqişə uzun müddət davam edəcək.
“Bloomberg” xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo Qlobal Ekoloji Fondunun Vankuverdə keçirilən yeddinci assambleyasında deyib.
“…Biz həmişə bunun uzun bir proses olacağını bilirdik”-deyən kanadalı baş nazirin sözlərinə görə, münaqişənin nə qədər vaxt aparacağından asılı olmayaraq, həm G7, həm də NATO bu münaqişəyə hazırdır.
“…Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və buna imkan verməməliyik”.
Bunun da Castin Tryudo bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova NATO-ya “evdə” bizneslə məşğul olmağı və Kiyevə silah tədarükünü dayandırmağı təklif etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB