Livanda İsrailə casusluq etməkdə şübhəli bilinən rusiyalı həbs edilib
Rusiya vətəndaşı Beyrut hava limanında İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb.
Qeyd edək ki, rusla birlikdə onun həyat yoldaşı da saxlanılıb. Onun milliyyəti açıqlanmayıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxs Livanın cənub ətrafına baş çəkib. Dindirilmə zamanı o, guya İsrail tərəfindən bu yaxınlarda işə götürüldüyünü və Livana getmək üçün tapşırıq verildiyini etiraf edib. İddialara görə, İsrail tərəfi rusiyalıdan radikal “Hizbullah” qruplaşmasının obyektlərinə baş çəkməyi və mümkünsə onların fotoşəkillərini çəkməyi xahiş edib.
“Əl-Əxbar” yazır ki, rusiyalının arvadı ərinin işindən xəbərdar olduğunu və ona kömək etdiyini etiraf edib.
Saxlanılanların adları və digər təfərrüatlar açıqlanmır.
Rusiyanın Livandakı səfirliyi hadisənin səbəblərini araşdırdığını və məhbuslarla konsulluq əlaqəsi əldə etmək üçün çalışdığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB