Polis boz kapüşonlu qaradərili kişini axtarır

Polis boz kapüşonlu qaradərili kişini axtarır

ABŞ-da naməlum şəxs məktəblilərin futbol oyunu zamanı atəş açıb. “Fox25” telekanalının polisə istinadən verdiyi məlumata görə, 4 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Oklahoma ştatında baş verib. Qeyd olunur ki, atəş açan şəxs hadisə yerindən qaça bilib.

Hazırda polis boz kapüşonlu qaradərili kişini axtarır.

Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir. Onların arasında bir məktəbli qızın da olduğu məlum olub.

Xatırladaq ki, bundan əvvəl Nyu-Meksikoda avtomitinq zamanı atışma nəticəsində 3 nəfərin öldüyü bildirilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə