Məscidə hücum edilib

Limassoldakı İbrahimağa Köprülü məscidinə gecə saatlarında bir nəfər fişəng atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məscidin qapısı və divarının zədələndiyi bildirilib.

Hücumun təhlükəsizlik kameralarına əks olunmasının ardından Kipr Rum polisinin təcavüzkarı və ya təcavüzkarları tutmaq üçün işə başladığı açıqlanıb.

Bəzi məlumatlara görə, hücumdan əvvəl məscidin divarlarına “Mühacirlərin İslamı xoş qarşılanmır” sözləri yazılıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə