Sergey Filatov vəfat edib

Rusiya prezidenti Boris Yeltsinin administrasiyasının keçmiş rəhbəri (1993-1996), Sosial-İqtisadi və İntellektual Proqramlar Fondunun prezidenti Sergey Filatov vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

Filatov 1990-cı ildə RSFSR xalq deputatı seçilib, Ali Sovetin Vicdan, Din, mərhəmət və xeyriyyə komitəsinin, eyni zamanda İqtisadi İslahat və Mülkiyyət Komitəsinin üzvü olub.

1991-ci ilin noyabrından RSFSR Ali Soveti sədrinin birinci müavini, 1992-ci ilin aprelindən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə