ABŞ-ın Luiziana ştatının Qarivil bölgəsində yerləşən "Marathon Petroleum Company" şirkətinin neft emalı zavodunda dünən səhər saatlarında yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, neft emalı zavodundan güclü tüstü qalxdığından bölgəyə çoxlu yanğınsöndürənlər göndərilib.
Zavodundan təxminən 3,5 kilometr aralıda yaşayan bütün sakinlərə təxliyə əmri verilib. Şirkətdən verilən açıqlamada yanğının yanacaq kimi istifadə oluna bilən tezalışan maye olan naftanın sızması nəticəsində baş verdiyi və xəsarət alanların olmadığı bildirilib.
Saatlar sonra yanğın nəzarət altına alınıb və təxliyə əmri ləğv edilib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB