Rusiya hərbi qüvvələri Ukraynanın Kupyansk rayonuna zərbələr endirib, ölənlər və yaralananlar var. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarkov Hərbi Admnisitrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
“İşğalçılar Kupyansk rayonuna zərbələr endiriblər. Həkimlər tərəfindən verilən ilkin məlumata görə, Podilı kəndində atəş nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Məlumatlar dəqiqləşdirilir. Düşmən mülki obyekti yerli sakinlərin gün ərzində olduğu kafeni vurub”, – Sinequbov bildirib.
O, əlavə edib ki, hadisə yerində polis və təcili yardım xidmətləri işləyir.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB