İsveç dini kitabların yandırılmasını qadağan etməyəcək

İsveç dini kitabların yandırılmasını qadağan etməyəcək

İsveç hakimiyyəti dini kitabların yandırılmasını qadağan etməyi planlaşdırmır. SİA xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson müsahibəsində bildirib.

Onun sözlərinə görə, bunun üçün ölkə konstitusiyasına dəyişikliklər tələb olunacaq: “Mən Danimarkanın hazırda gördüyü işlərə hörmət edirəm. Danimarkada olduğu kimi eyni şeyi etmək, çox güman ki, konstitusiyaya düzəlişlər tələb edəcək, buna görə də bu, İsveç üçün uyğun yol deyil”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə