Hindistanın Uttar Pradeş ştatında müəllimin müsəlman şagirdi alçaltması və digər tələbələrdən onun sinif yoldaşını şillələməyi xahiş etdiyi video sosial mediada diqqəti üzərinə çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, insident avqustun 24-də Hindistanın ən sıx məskunlaşdığı ştatının Müzəffərnaqar şəhərindən 30 kilometr aralıda yerləşən Kubbapur kəndində baş verib.
Trapta Tyaqi adlı müəllimin sinif yoldaşlarının qarşısına gətirdiyi 7 yaşlı müsəlman uşağı dininə görə alçaltdığı və digər şagirdlərdən növbə ilə ona yumruq atmalarını istədiyi video dünən sosial şəbəkələrdə yayılıb.
Şagirdlərdən biri tərəfindən lentə alınan videoda müsəlman oğlanı sinif yoldaşlarının qarşısına çıxaran zaman müəllim “Mən deyirəm ki, bütün müsəlman tələbələr (məktəbdən) getsin” söyləyir və videonu çəkən şəxs "Düz deyirsən. Bu təhsili korlayır" deyə onun sözlərinə cavab verir.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB