Hindistanın Tamil Nadu ştatının Maduray stansiyasında sərnişin qatarının vaqonunda yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qatar alov topuna çevrildiyi üçün bölgəyə yanğınsöndürmə idarəsi, polis və tibb briqadası göndərilib. Yanğın zamanı 9 nəfərin meyitinin aşkarlandığı, 20 nəfərin yaralandığı, 50-dən çox insanın xilas edildiyi açıqlanıb.
Dəmiryol şirkəti yanğına bəzi sərnişinlərin qatara daxil etdiyi qaz balonunun səbəb olduğunu bildirib. Maduray bölgə rəsmisi, "Bu gün səhər saat 5:30 radələrində vaqonda yanğın baş verib. İçində Uttar Pradeşdən olan zəvvarlar var idi. Onların qəhvə hazırlamaq üçün yandırdıqları boru partlayıb" ifadələrini işlədib.
Alov 2 saatdan sonra söndürülüb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB