Rusiya muzdlu qruplaşmasının liderləri Yevgeni Priqojin və Dmitri Utikinin olduğu təyyarənin qəzaya uğraması və sərnişinlərinin ölümündən sonra hələ də ağıllarda suallar qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, tapıntılar, video görüntülər və ekspert şərhləri təyyarənin kənardan müdaxilə nəticəsində deyil, içəridə baş verən partlayış və ya nasazlıq səbəbindən qəzaya uğraması ehtimalını artırır.
ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsi qəzanın qəsdən törədilmiş partlayış nəticəsində baş verdiyini göstərir. Pentaqonun sözçüsü briqada generalı Pat Ryde ABŞ-ın Priqojinin öldürüldüyünü düşündüyünü vurğulayıb: "Müxtəlif amillərə əsaslanan ilkin qiymətləndirməmiz onun öldürüldüyü ehtimalıdır".
Pentaqon bildirib ki, təyyarənin yer-hava raketi ilə vurulduğuna dair heç bir əlamət yoxdur. ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, partlayış Rusiya prezidenti Vladimir Putinin "tənqidçiləri susdurmaqda uzun müddət davam edən təcrübəsinə" uyğun gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB