Niger Fransanın Niameydəki səfirinə ölkəni tərk etməsi üçün 48 saat vaxt verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Niger Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamda Fransa Xarici İşlər Nazirliyinə göndərdiyi sənəddə Fransanın Niameydəki səfiri Silven İttenin görüşünün ləğv edilməsinə qərar verildiyi qeyd olunub.
Qeyd edək ki, iyulun 26-da Nigerdə hakimiyyətə gələn hərbi idarə Fransa ilə imzalanmış 5 hərbi əməkdaşlıq müqaviləsinin ləğv edildiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB