“Bu təyyarə qəzasında Putinin əli olmayıb…”

“Bu təyyarə qəzasında Putinin əli olmayıb…”

Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü, avqustun 25-də jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, bir çoxları Yevgeni Priqojinin təyyarəsi ilə bağlı insidenti Rusiya lideri Vladimir Putinin üzərinə atmağa çalışırlar.

Amma Lukaşenko əmindir ki, bu təyyarə qəzasında nə Rusiya prezidentinin, nə də Rusiya hakimiyyətinin əli olmayıb. SİA bu barədə Belarus saytlarına istinad edir.

“…Yevgeni Priqojinin həyatına sui-qəsdin Rusiya hakimiyyəti üçün heç bir mənası yox idi. Çünki “Vaqner” PMC ilə vəziyyət düzəlmişdi, tərəflər razılığa gəlmişdilər və gələcək addımlar barədə razılıq əldə olunmuşdu”.

Bunu deyən belaruslu dövlət başçısı qəzanın kimin edə biləcəyi ilə bağlı heç bir versiyası olmadığını da bildirib.

“Bunu kimin etdiyini deyə bilmərəm. Mən hətta böyük qardaşım üçün də hüquqşünas olmayacağam. Amma mən Putini tanıyıram. Bu ehtiyatlı, çox sakit və hətta yavaş bir insandır, digər, daha az mürəkkəb məsələlərdə qərarlar verir.

Ona görə də bunu Putinin etdiyini, Putinin günahkar olduğunu təsəvvür edə bilmirəm. Bu çox kobud və qeyri-peşəkar işdir. Ona görə də bu,.. Putinə bənzəmir”

…Bu fikirləri bildirən Belarus prezidenti əlavə edib ki, nə olursa olsun, yenə də dövlət başçısı kimi Putini günahlandıracaqlar. O, qeyd edib ki, istər Belarusda, istərsə də Rusiyada hakimiyyət sistemində hər zaman iqtidarda olan günahkardır, ona görə də uzun müddət məsuliyyət daşıyan adam axtarmağın mənası yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə