Yeni prezidentlik müddətini ciddi şəkildə hədəfləyən ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə dolayı münaqişəsindən çəkilməli və Ukraynada hərbi əməliyyatları təcili dayandırmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri o, açıq-aşkar rusiyayönlü fikirləri ilə tanınan qalmaqallı teleaparıcı Taker Karlsonla efirdə bildirib.
Trampa görə, prezident işləməlidir, o, bizi Ukraynada Rusiya ilə dolayı münaqişəsindən çıxarmalıdır. Bunu etmək olar, o qədər də çətin deyil. Təbii ki, Bayden səriştəsiz olduğu üçün bunu edə bilmir. lakin bu müharibə dərhal başa çatmalıdır.
Keçmiş prezidentin sözlərinə görə, müharibəni bu və ya digər tərəf naminə deyil, sadəcə olaraq, yüzlərlə, minlərlə insan həlak olduğu üçün dayandırmaq lazımdır.
“…Təsəvvür edin ki, siz öz mənzilinizdə oturursunuz və qəfildən evə raketlər uçur və hər şey dağılır. Fərqi yoxdur, ruslar və ya ukraynalılar, o dayanmalıdır. Və onu dayandırmaq olduqca asandır. Əgər mən Prezident olsaydım, bu müharibə başlamazdı”, - deyə Tramp bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB