Qəza yerindən Priqojinin uçuş qeydləri tapılıb

Qəza yerindən Priqojinin uçuş qeydləri tapılıb

Rusiya İstintaqKomitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Tver vilayətində şəxsi Embraer-135 təyyarəsinin qəzaya uğradığı yerdə tapılan on nəfərin qalıqlarını müəyyən etmək üçün molekulyar-genetik ekspertizalar təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, müstəntiqlər qəza yerinə baxış keçirməyə davam edir. Orada qəzaya uğrayan təyyarənin registratorlarını tapıblar.

Onlar həmçinin qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan əşya və sənədləri ələ keçirəcək, lazımi məhkəmə-tibbi ekspertizaları təyin ediləcək. Petrenkonun sözlərinə görə, baş verənlərlə bağlı bütün versiyalar öyrəniləcək.

Xatırladaq ki, Moskvadan Sankt-Peterburqa uçan “Embraer Priqojin” biznes-jeti avqustun 23-də axşam saatlarında Tver vilayətində qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyi qəzaya uğrayan təyyarənin göyərtəsində Priqojin olduğunu bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə