İtaliyanın hüquq-mühafizə orqanları Siciliya hava limanında təxminən 50 yaşlı rusiyalını saxlayıb. ANSA xəbər agentliyinin məlumatına görə, o, əvvəllər terrorçuluqda ittiham olunaraq, həmin şəxsə qarşı beynəlxalq həbs qərarı ilə məhkum edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun saxta sənədlərlə səyahət edib-etməməsi və Siciliyaya nə üçün gəldiyi aydın deyil. Ehtimal olunur ki, saxlanılan şəxs bir müddət Suriyada yaşayıb. O, 2017-ci ildən axtarışdadır.
ANSA qeyd edir ki, onun dindirilməsinin nəticələrinə əsasən onun ekstradisiyası proseduruna başlanılacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB