İngiltərədə intihar üçün zəhər alan 88 nəfər ölüb

İngiltərədə intihar üçün zəhər alan 88 nəfər ölüb

2021-ci ildən bəri Böyük Britaniyada 88 nəfər kanadalı satıcı Kennet Loudan intihar zəhəri aldıqdan sonra ölüb. Amma maraqlıdır ki, zəhərlə onların ölümü arasında birbaşa əlaqə təsdiqlənməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BBC yazır.

Cinayət təhqiqatına başlayan Britaniya Milli Cinayət Agentliyinin məlumatına görə, iki il ərzində ən azı 232 britaniyalı Loudan zəhərli maddələr alıb.

2023-cü ilin may ayında Lou Torontoda intihara kömək etmək ittihamı ilə həbs olundu. Kanadalı müstəntiqlərin dediyinə görə, o, intihar dərmanları satan bir neçə internet saytını idarə edib.

Lounun 40 ölkəyə 1200 bağlama göndərdiyi təxmin edilir, lakin onların neçəsində zəhərin olduğu bilinmir.

Avqustun sonunda Lou yenidən məhkəməyə gəlməlidir. Deyilənlərə görə, onu 14 ilə qədər həbs gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə