Yunanıstan Rusiya istehsalı olan “Tor-M1” və “Osa” zenit-raket komplekslərinin (SAM) texniki xidmətinə dair müqavilələri yeniləməmək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə internetdə yayılan hökumət sənədinə istinadən yerli “Pronews” portalı yazır.
Portalın məlumatına görə, Yunanıstan ordusu 21 “Tor-M1” kompleksi (onlar təxminən 20 il əvvəl alınıb) və 38 “Osa” hava hücumundan müdafiə sistemi (onlardan 20-si AKM-nin modernləşdirilmiş versiyasıdır) ilə silahlanıb.
Qeyd edək ki, ruslardan alınan bu silahlar, əsasən Egey dənizinin adalarında yerləşirlər.
“Pronews”ın yazdığına görə, texniki xidmətin olmaması sistemlərin tezliklə sıradan çıxması deməkdir.
Təbii ki, Afina ruslardan alınan bu kompleksləri əvəz edəcək nəsə axtaracaq.
Yeri gəlmişkən, yunanların imtina etdiklərinin dəyəri 1 milyard avrodur.
Bunu da yerli portal bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB