İmkan verəydiniz, “ölən rəhbər"in bədəni bir soyuyaydı da…

Samara vilayətindəki "Vaqner" PMC-nin qəbiristanlığı yerlə-yeksan olunur
İmkan verəydiniz, “ölən rəhbər"in bədəni bir soyuyaydı da…

Elə bil, Priqojinin ölməyini gözləyirmişlər, amma bilmirlər ki,..nə isə, bu da bizlik deyil.

Deməli, Samara rayonunun Nikolaevka kəndindəki “Vaqner” PMC-nin qəbiristanlığında muzdluların məzarları üzərində xaçlar sökülür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbərləri yerli sakinlər, həmçinin sosial şəbəkələrin və teleqram kanallarının istifadəçiləri yayıblar.

Hadisə şahidlərinin sözlərinə görə, məzar üzərindəki xaçlar və çələnglər bir yerə yığılıb, qəbirlərin özləri isə yerlə-yeksan edilir.

Yerli media Vaqneritlərin dəfn olunduğu xiyabanın düz əraziyə çevriləcəyini yazırlar.

Onların yazdığına görə, məzarların yerinə beton töküləcək və guya hər məzarın yerində qara piramida peyda olacaq.

Xatırladaq ki, “Vaqner" PMC-nin muzdlu əsgərlərinin qəbiristanlığı bir neçə ay əvvəl Samara vilayətində peyda olub.

Aprel ayında PMC-nin təsisçisi Yevgeni Priqojin qəbiristanlıqda xatirə stelasını açmışdı.

Və bu da axırı..?

Yeri gəlmişkən, hələlik Samara vilayətinin hakimiyyət orqanlarından muzdluların məzarlarının sökülməsi ilə bağlı rəsmi şərh yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə