Türkiyəyə gələn turistlərin sayı rekord qırıb

Türkiyəyə gələn turistlərin sayı rekord qırıb

Türkiyə 2023-cü ilin ilk 7 ayında cəmi 30 milyon 93 min 446 turisti qəbul edərkən, bu rəqəm 2019-cu ildə 26 milyon 524 mini keçib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ilin ilk 7 ayında Türkiyəyə gələn ziyarətçilərin 26 milyon 766 min 240-ı əcnəbilər olub.

Yanvar-iyun ayları üçün açıqlanan 3 milyon 327 min 206 nəfər olan xaricdə yaşayan vətəndaşların sayına dair məlumatlar da ümumi ziyarət rəqəmlərində öz əksini tapıb. 2023-cü ilin yanvar-iyul aylarında Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,22 faiz artıb.

İlk 7 ayda Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin sıralamasında Rusiya əvvəlki ilin eyni dövrünə görə yüzdə 59,22 artaraq 3 milyon 498 min 614 nəfərlə birinci olub.

Reytinqdə Almaniya 7,32 faiz artımla 3 milyon 211 min 724 nəfərlə ikinci, Böyük Britaniya (Birləşmiş Krallıq) isə 14 faiz və 2 milyon 63 min 740 nəfər artımla üçüncü olub.

İyul ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı isə yüzdə 7,25 artaraq 7 milyon 148 min 44 olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə