Kastamonuda rayon mərkəzində başı dəmir qaba ilişib qalan ayı vətəndaşlar tərəfindən xilas edilib. SİA Türkiyə mətbuatına istimadən xəbər verir ki, hadisə Kastamonu Kürə rayonunda baş verib.
Əldə edilən məlumata görə, rayon mərkəzinə enən ayının başı dəmir qaba ilişib. Vəziyyəti görən vətəndaşlar ayını xilas etmək istəyib.
Vətəndaşlar ayının başındakı qabı ip köməyi ilə çıxarıblar. Daha sonra azad buraxılan ayı rayon mərkəzindən uzaqlaşaraq meşəlik ərazidə yoxa çıxıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB