“4 uşağım ortada qaldı” - ƏRİNİN BOĞAZI KƏSİLƏN QADIN

“4 uşağım ortada qaldı” - ƏRİNİN BOĞAZI KƏSİLƏN QADIN

İstanbul Bahçelievlerdə iş axtarmaq üçün evindən çıxdığı iddia edilən Yusuf Alaca spirtli içki qəbul edərkən dostları ilə mübahisə edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, boğazından bıçaqlanan Alaca dünyasını dəyişib.

Hadisə İstanbulda ötən gecə saat 20:30 radələrində Bahçelievler Soğanlı məhəlləsindəki Tuqay Bayatlı parkında baş verib. İddiaya görə, iş axtarmaq üçün evindən çıxan 46 yaşlı Yusuf Alaca axşam saatlarında Şirinevlerdə dostları ilə görüşüb. Alaca dostları ilə Bahçelievlerdəki Tugay Bayatlı parkında spirtli içki içməyə başlayıb. Bu vaxt onunla dostları arasında mübahisə düşüb. Mübahisə qısa zamanda ciddi davaya çevrilib. Alaca boynuna bıçaq zərbəsi alaraq ən yaxın restorana gedib və mağaza sahiblərindən kömək istəyib.

Yaralı Yusuf Alacanın qanlar içində restorana girdiyi və daha sonra çöldəki satıcılar tərəfindən ilk tibbi yardım göstərildiyi anlar saniyələr içində təhlükəsizlik kamerasına düşüb.

Satıcılar Alacanın boynuna sarğı ediblər. Qan itirən Yusuf Alaca bu vaxt yerə yıxılıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. İddiaya görə, bıçaq zərbəsi şah damarına gələn Alaca hadisə yerində dünyasını dəyişib.

4 övladı olan Yusuf Alacanın həyat yoldaşı Gönül Alaca yaxınları ilə birlikdə Yenibosna Ədli Tibb Qurumuna gələrək meyiti qəbul edib. Şübhəlilərin hələ tutulmadığı öyrənilib. Polis qrupları hadisə yerində araşdırma apardıqdan sonra şübhəlinin tutulması üçün işlərə başlayıb.

Dostları tərəfindən bıçaqlanaraq öldürülən Yusuf Alacanın həyat yoldaşı Gönül Alaca, "Evdən iş axtarmaq üçün getdi. Dost çevrəsində bunu kimin etdiyini bilmirik. Heç kimlə ədavətimiz yoxdur”.

Dostlarından birinin həbsdən yeni çıxdığını bildirən Gönül Alaca, "Artıq iki ildir ki, dostu həbsdən çıxıb. Mənim 4 uşağım ortada qaldı. Bunu edən adam psixopatdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə