Qəzaya uğrayan təyyarədən stüardessanın son mesajı üzə çıxdı - FOTO

Qəzaya uğrayan təyyarədən stüardessanın son mesajı üzə çıxdı - FOTO

Qəzaya uğrayan Embraer ERJ-135BJ Legacy 650 şəxsi təyyarəsindən sonuncu mesajı stüardessa göndərib. SİA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qəzada həlak olan stüardessa Kristina Raspopovanın qohumu məlumat verib.

VÇK-OGPU Telegram kanalında yayılan iddialara görə, 39 yaşlı stüardessa uçuşdan əvvəl qohumlarına zəng edərək təyyarədə təcili və müəmmalı təmir işləri aparıldığını, təmir bitdikdən sonra Moskvaya uçacağını bildirib.

Qeyd edək ki, “Vaqner”in lideri Yevgeni Priqojinin olduğu və ekipaj üzvləri də daxil olmaqla 10 nəfərin olduğu şəxsi təyyarə dünən Moskva yaxınlığındakı Tver vilayətində qəzaya uğrayıb. Priqojinin vəfatı ilə bağlı başsağlığı verən Rusiya prezidenti Vladimir Putin onu 90-cı illərdən tanıdığını deyib.

"O, yaxşı iş adamı idi. Priqojin mürəkkəb, lakin istedadlı bir insan idi və həyatında ciddi səhvləri var idi. Qəza ilə bağlı istintaq davam edir”, - Putin qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə