Suriyanın cənubunda etiraz aksiyaları davam edir

Suriyanın cənubunda etiraz aksiyaları davam edir

Suriyanın cənubunda 1 həftəyə yaxındır etiraz aksiyaları keçirilir. SİA "Kommersant"a istinadən xəbər verir ki, narazılığa səbəb benzinin qiymətinin kəskin artması olub.

İğtişaşlar əsasən druzların yaşadığı ölkənin cənubunda yerləşən Əs-Suveyda əyalətində gedir. Amma ölkənin digər bölgələrində insanlar daha yaxşı həyat şəraiti tələbi ilə küçələrə axışırlar. Bəzi yerlərdə yenidən rejim dəyişikliyi ilə bağlı şüarlar səslənib.

Suriyada nümayişçilər təkcə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını deyil, həm də prezident Bəşər Əsədin istefasını tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə