Lavrovdan Priqojinin ölümü ilə bağlı sorğuya sərt cavab

Rusiyalı nazir Priqojinin ölümünün Rusiya Federasiyasının Afrikadakı işlərinə təsiri ilə bağlı suala isə cavab verməyib
Lavrovdan Priqojinin ölümü ilə bağlı sorğuya sərt cavab

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Present Time” telekanalının müxbirinin “Vaqner” PMC şirkətinin rəhbəri Yevgeni Priqojinin mümkün ölümünün Moskvanın Afrikadakı maraqlarına necə təsir göstərə biləcəyi ilə bağlı sualına cavab verməyib.

SİA-nın əldə etdiyi məlumata görə, Yohannesburqda keçirilən BRİKS sammiti zamanı nazir və onu müşayiət edənlər dəhlizlə gedərək “Current Time”ın müxbiri sualı Lavrova ünvanlayıb.

Lavrov əsəbləşib, “...sən haradan gəlmisən?” deyə nalayiq bir söz də əlavə edərək cavab verib.

Xatırladaq ki, Priqojin özü bir qədər əvvəl, yəni “ölməmişdən əvvəl” Ukraynaya qarşı müharibədə PMC-lərin fəaliyyəti başa çatarsa, döyüşçülərin bir hissəsinin Afrikaya gedəcəyini demişdi.

Yeri gəlmişkən, ötən gün “Vaqner” qrupu ilə əlaqəli Telegram kanallarından birində Priqojinin video mesajı görünmüşdü. Orada o, Afrika ölkələrindən birində olduğunu bildirdi. Amma videonun dəqiq harada və nə vaxt çəkildiyi barədə Priqojin açıqlama vermədi.

BBC-nin təhlükəsizlik üzrə jurnalisti Frank Qardner Britaniya hərbi mənbələrinə istinadən tvitter hesabında təyyarə qəzasının arxasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti dayandığını yazıb.

SİA-nın da bir müddət əvvəl xəbər verdiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin bu hadisə ilə heç bir əlaqəsi olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə