ABŞ Maliyyə Nazirliyi ilhaq edilmiş Krımdakı “Artek” uşaq mərkəzinə və Çeçenistan rəhbərinin anası Aymani Kadırova da daxil olmaqla 11 rusiyalıya qarşı sanksiyalar tətbiq edib.
Bundan başqa, “Artek”in direktoru Konstantin Fedorenko, Çeçenistan hökumətinin başçısı Müslüm Xuçiyev, Çeçenistanda insan haqları üzrə müvəkkil Mansur Soltayev, Kaluqa, Belqorod və Rostov vilayətlərinin uşaq ombudsmanları, ilhaq edilmiş Sevastopoldakı “Yunarmiya” rəhbəri, Zaporojye vilayətinin işğal olunmuş hissəsində rusiyapərəst təhsil nazirinə də sanksiyalar tətbiq edilib.
Vaşinqton iddia edir ki, yenilənmiş sanksiyalar siyahısına daxil olan şəxslər ukraynalı uşaqların Rusiyaya və ya Ukraynanın Kiyevin nəzarətində olmayan bölgələrinə qanunsuz ixracında iştirak edirlər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Amerika tərəfinin qərarını tənqid edib.
Xatırladaq ki, mart ayında Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqları deportasiya etməkdə şübhəli bilinərək Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Amma Moskva bütün ittihamları rədd edir və uşaqların təhlükəli ərazilərdən təxliyə edildiyini iddia edir, Kreml bunu deportasiya hesab etmir. Rusiya hakimiyyəti iddia edir ki, onlar ukraynalı uşaqların vətənlərinə qayıtmasına şərait yaradırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB