Rusiya prezidenti Vladimir Putin DXR-in səlahiyyətlərini icra edən Denis Puşilinlə işgüzar görüşü zamanı Tver vilayətində baş verən təyyarə qəzası mövzusuna toxunub.
“…İlk növbədə, bütün qurbanların ailələrinə səmimi başsağlığı vermək istəyirəm, bu, həmişə faciədir”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Putin, “Vaqner” PMC-nin Ukraynada neonasizmə qarşı mübarizəyə mühüm töhfə verdiyini və onların xidmətlərinin heç vaxt unudulmayacağını da diqqətə çatdırıb.
Xatırladaq ki, Priqojinin ölümü ilə bağlı xəbər avqustun 23-ü axşam saatlarında yayılıb.
Qeyd edək ki, hələlik ölənlərin hamısının şəxsiyyəti təsdiqlənməyib. Meyitlər ekspertiza üçün Tver vilayətinin morquna gətirilib. Rosaviasiya bundan əvvəl Yevgeni Priqojin və Dmitri Utkinin uçuş üçün qeydiyyatdan keçdiyini bildirmişdi.
Maraqlıdır ki, Tver vilayətinin hökuməti vurulan təyyarənin mülki olduğunu bildirib. Qubernator İqor Rudenya vəziyyəti şəxsi nəzarətinə götürüb. Hadisə ilə bağlı araşdırma aparılır. Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işi açıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB