Polşa 2024-cü ildə hərbi xərclər üçün büdcəni 15 faiz artıracaq

Polşa 2024-cü ildə hərbi xərclər üçün büdcəni 15 faiz artıracaq

Polşa 2024-cü ildə hərbi xərclər üçün büdcəni 15 faizdən çox artıracaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə baş nazir Mateuş Moravetcki açıqlama verib.

Belə ki, Polşa hökuməti 2024-cü il üçün büdcə qanunu layihəsini təsdiqləyib.

“...Bir çox böhranlara baxmayaraq, biz bu il üçün gəlir tapa bildik. Büdcənin bütün şəklinə baxsanız, mən üç əsas sütuna diqqət yetirərdim. Birincisi, geniş şəkildə başa düşülən fiziki təhlükəsizlikdir - sərhədlərimizin təhlükəsizliyi və ordumuzun maliyyələşdirilməsi. Bu, 158 milyard zlotidən (38,1 milyard dollar) artıqdır”. – deyə Moravetski bildirib.

...2023-cü ildə Polşa hökuməti bu ehtiyaclar üçün 137,1 milyard zloti (33,1 milyard dollar) ayırıb, beləliklə, artım təxminən 15,2 faiz təşkil edəcək.

Polşanın baş naziri həmçinin dövlət sektorunda, dövlət qulluğunda və hüquq-mühafizə orqanlarında çalışan işçilərin maaşlarının 12,3 faiz artırıldığını da açıqlayıb.

Moravetski əlavə edib ki, səhiyyəyə 190 milyard zloti, sosial sahəyə 137 milyard zlotıdan çox vəsait ayrılacaq.

Verilən məlumatlara görə, Polşanın büdcə kəsiri 2024-cü ildə ÜDM-in təxminən 4,5 faizini, illik inflyasiya proqnozu isə 6,6 faizini təşkil edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə