Danimarkalı diplomat 5-ci dəfə Türkiyə XİN-ə çağırılıb

Danimarkalı diplomat 5-ci dəfə Türkiyə XİN-ə çağırılıb

Danimarkanın paytaxtı Kopenhagendə "Qurani-Kərim"in yandırılması aksiyaları davam etdiyi üçün Danimarkanın Türkiyədəki müvəqqəti işlər vəkili Age Sandal Möller yenidən Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyənin Danimarkadakı və bir sıra müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasının davam etdiyi üçün Danimarkanın Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Age Sandal Möller beşinci dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Danimarkanın Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili avqustun 18, 21, 22 və 23-də Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə