40 terrorçu zərərsizləşdirilib..?

Türkiyə MN son bir həftədə Şimali İraq və Suriyada zərərsizləşdirilən terrorçuların sayını açıqladı
40 terrorçu zərərsizləşdirilib..?

Türkiyə Silahlı Qüvvələri tərəfindən Şimali İraq və Suriyada son bir həftədə keçirilən əməliyyatlar nəticəsində 40 terrorçu zərərsizləşdirilib.
SİA xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) həyata keçirilən antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.
Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri 2015-ci ilin 24 iyul tarixindən etibarən 38 min 445 terrorçunu zərərsizləşdirib. Türkiyə ordusunun terrorçulara qarşı əməliyyatlarını qətiyyətlə davam etdirdiyi bildirilib.
Beləliklə son bir həftə ərzində Şimali İraq və Suriyada 40 terrorçunun zərərsizləşdirildiyi qeyd olunub. 2023-cu ilin 1 yanvar tarindən etibarən zərərsizləşdirilən terrorçuların sayının isə 1102-a çatdığı qeyd olunub.
Nazirlik mənbələrinin Amerika Birləşmiş Ştatlarının (ABŞ) separatçı terror təşkilatı PKK/YPG ilə 15-17 avqust tarixlərində Suriyanın Qamışlı bölgəsində keçirdiyi təlimlə bağlı yaydığı bəyanatda deyilir:
"ABŞ DEAŞ-la mübarizə bəhanəsi ilə PKK/YPG terror təşkilatına dəstəyini davam etdirir. Bir terror təşkilatı vasitəsilə başqa terror təşkilatına qarşı mübarizə aparıla bilməz. Yəni terrorçulara qarşı mübarizə terrorçularla aparıla bilməz. Bizim dost və müttəfiq ölkələrdən gözləntimiz PKK/YPG terror təşkilatına edilən yardım və dəstəyin dayandırılmasıdır və terrorla mübarizəmizə səmimi dəstək verilməsidir''.

Bütün xəbərlər Facebook səhifəmizdə