Rusiya Ukraynadakı hərbi mərkəzin vurulduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ordusunun Ukraynada keçirdiyi əməliyyatlarla bağlı açıqlama verib.
Ukraynada müəyyən hədəflərə qarşı hücumlar təşkil etdiklərini ifadə edən İqor Konaşenkov deyib:“Bu gecə Rusiya Silahlı Qüvvələri Ukraynadakı hərbi mərkəzə havadan ağır zərbələr endirdi''.
Ukrayna ordusunun gün ərzində Zaporojya və Donetskdə uğursuz hücum cəhdləri həyata keçirdiyini ifadə edən Konaşenkov bu günə qədər 462 təyyarə, 246 helikopter, 6012 pilotsuz uçuş aparatı, 433 hava hücumundan müdafiə raket sistemi, 11 min 476 ədəd tank və zirehli texnika, 1144 reaktiv yaylım atəşi sistemi, 6 min 24 haubitsa və minaatan və 12 408 hərbi maşının məhv edildiyini bildirib.
Digər tərəfdən, Ukrayna əsgərlərinin 2014-cü ildə Rusiyanın ilhaq etdiyi Krıma daxil olduğu bildirilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat katibi Andrey Yusov bəyanat yayıb.
Bəyanatda "Xüsusi əməliyyat çərçivəsində əsgərlər yarımadaya daxil olub. Məqsədlərinə nail olublar. Əsgərlərimiz arasında itki yoxdur" ifadələrinə yer verilib.
Xüsusi əməliyyatın davam etdiyini deyən Yusov bütün detalları açıqlamayacaqlarını bildirib.
Yusov bildirib ki, Rusiya qüvvələri hərbi itki verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov isə Krımın istənilən bölgəsini vurmaq imkanlarının olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB