Polşa-Belarus sərhədində qeyri-qanuni miqrantlar tərəfindən aqressiya güclənir, vəziyyət getdikcə daha da çətindir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Polşa xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin sözçüsü Stanislav Jarin bildirib.
“Belarusla sərhəddə təcavüz dalğası artır. Polşa patrulları hücuma məruz qalır və ya daş-qalaq edilirlər... Bu günlərdə bir patrul maşını məhv edilib, onlara bir neçə pnevmatik güllə atılıb” deyən Jarin bütün bu yaşantıları “narahatedici mərhələ” adlandırıb.
O, “bir neçə həftədir ki, Belarusla sərhəddə vəziyyətin çox mürəkkəb olduğunu” xatırladıb.
Polşa səlahiyyətlisi ilin əvvəlindən bu günə qədər Belarus ərazisindən Polşaya qeyri-qanuni sərhədi keçmək üçün 20 mindən artıq cəhd qeydə alındığını da bildirib.
Onun dediyinə görə, hiss olunur ki, bu cəhdlər daha yaxşı təşkil olunmaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB