''Xalqımızın rifah səviyyəsinin yüksəlməsi üçün çalışmağa davam edəcəyik''

Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qərargahında keçirilən Genişləndirilmiş Vilayət Başçılarının iclasında çıxış edib.
''Xalqımızın rifah səviyyəsinin yüksəlməsi üçün çalışmağa davam edəcəyik''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqın rifah səviyyəsinin yüksəlməsi üçün çalışmağa davam edəcəklərini bildirib.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qərargahında keçirilən Genişləndirilmiş Vilayət Başçılarının iclasında çıxış edib.
Rəcəb Tayyib Ərdoğan gündəmlərində fevralın 6-da Kahramanmaraşda baş verən və “əsrin fəlakəti” adnandırılan zəlzələnin olduğunu bildirib.
Hər bir zəlzələ qurbanının maddi itkisi ödənilənə qədər yorulmadan çalışacaqlarını ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: ''İl ərzində 319 min mənzili sahiblərinə təhvil verəcəyik''.
Ərdoğan xalqın rifah səviyyəsinin yüksəldilməsi üçün çalışmağa davam edəcəklərini deyib.
Görülən tədbirlərlə avtomobil bazarında irəliləyişlərin olduğunu, daşınmaz əmlak bazarlarında isə tezliklə tarazlığın təmin olunacağını bildirən Türkiyə Prezidenti deyib:“Harda çatışmazlıq varsa, onu tamamlayırıq. Biz güclü tərəflərimizi gücləndiririk. Son 22 ildə olduğu kimi, biz gənclərimizin dinamizmini pensionerlərimizin təcrübəsi ilə birləşdirərək yolumuza davam edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə