...Belarusun Mogilyov vilayətindəki Osipoviçi yaxınlığındakı “Vaqner” PMC düşərgəsi sökülür, çadırların artıq üçdə biri sökülüb.
SİA-nın əldə etdiyi məlumata görə, çəkilən peyk görüntüləri də bunu təsdiqləyir.
Beləliklə təxmini hesablamalara görə, düşərgənin şimal hissəsində 129-a yaxın çadır yerləşdirilmişdi ki, artıq onlardan 65-i sökülüb. Düşərgənin qərb hissəsində 64 çadırdan 27-si, mərkəzi hissədə 80-dən 9-u sökülüb. Beləliklə, 273 yaşayış çadırından 101-ə yaxını sökülüb.
Maraqlıdır ki, çadırların sökülməsi prosesi hələ avqustun 1-dən başlayıbmış. Avqustun 14-ə aid fotoda sökülməyə başlayan bir neçə çadır əks olunub. Belarusda hərbi fəaliyyətə nəzarət edən “Belarus Gayun” layihəsi yazır ki, iyulun 28-dən avqustun 15-dək düşərgədə demək olar ki, 300-ə yaxın çadırdan 35-ə yaxını sökülüb və Osipoviç yaxınlığındakı düşərgədə vəziyyət daim dəyişir.
Hazırda muzdluların düşərgəni tərk edib-etmədikləri və hara getdikləri məlum deyil. “Belarusian Gayun” qeyd edir ki, Osipoviç rayonunun Çelje kəndindəki düşərgədən muzdluların çıxarılması qeyd olunmur. Eyni zamanda, ötən gecə düşərgənin yaxınlığında internetdə fasilələr qeydə alınıb.
Xatırladaq ki, Rusiyanın qeyri-rəsmi silahlı birliyi olan “Vaqner” PMC-in muzdluları 2023-cü il iyunun sonunda onun təsisçisi Yevgeni Priqojinin təşkil etdiyi üsyandan sonra Belarusa köçməyə başlamışdı. Qeyd edək ki, “Vaqner" PMC-nin əsas bazası Mogilev vilayətinin Osipoviç şəhəri yaxınlığındakı düşərgə yerləşmişdi ki, buradan da hərbi anbarlara qədər olan məsafə 27 kilometr, yəni maşınla 30 dəqiqə yol idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB